2016.11.16
“Gənc Alim və Mütəxəssislər Şurasının” illik hesabatı dinlənildi
16.11.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun Şurasında “Gənc Alim və Mütəxəssislər Şurasının” illik hesabatı dinlənilmişdir. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. S.N.Bünyatova İnstitutun gənc alimlərinin yeni tərkibi və kadr hazırlığı, İnstitutun direktoru Elman Yusifovun gənclərlə keçirdiyi iclaslar, gənclərin zoologiya elminin təbliği, xarici və yerli konfranslarda, təlim proqramlarında, düşərgələrdə və seminarlarda iştirakı, nəşriyyat fəaliyyəti və digər məsələrlə bağlı ətraflı çıxış etmişdir. Şuranın sədr əvəzi b.e.d. E.İ.Əhmədov, elmi Şuranın üzvləri akademiyanın müxbir üzvü İ.X.Ələkbərov və b.e.n. A.Əliyev məruzəçiyə suallar ünvanlamış və şuranın fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.