XƏBƏRLƏR
3384 Arxiv

2016.11.10

“Araxnologiya” laboratoriyasının 2014-2016-cı illər üzrə yekun hesabatı keçirildi

10.11.2016 ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında Araxnologiya laboratoriyasının əməkdaşlarının “Azərbaycanda buğumayaqlıların fauna, ekologiya və kənd təsərrüfatı əhəmiyyətinin öyrənilməsi” mövzusu, həmçinin mövzuya daxil olan 6 tədqiqat işi müzakirə olunub, dinlənildi.

Daha sonra Araxnologiya laboratoriyasını müdiri, b.ü.e.d X.Ə. Əliyev tərəfindən 3 il ərzində görülən işlər barəsində qısa məlumat verildi. Əlavə olaraq mövzuya daxil olan elmi tədqiqat işləri üzrə müvafiq icraçılar- b.ü.f.d Hüseynzade G.A., b.ü.f.d Musayeva Z.Y., Sneqovaya N.Y., b.ü.f.d Aslanov O.X., b.ü.f.d Rubtsova L.Y. məruzə ilə çıxış etdilər.

Elmi Şuranın sədri f.ü.f.d E.F.Yusifov, elmi işlər üzrə direktor müavini b.ü.e.d Z. Məmmədov və Elmi Şuranın digər üzvləri tərəfindən elmi tədqiqat işlərinin nəticələri müzakirə edilərək, irad və təkliflər irəli sürüldü.

Sonda Elmi Şuranın qərarı ilə hesabatlar qəbul olundu və təkliflər səsləndirildi.