XƏBƏRLƏR
3397 Arxiv

2016.11.10

“Cücülərin Ekologiyası və Fiziologiyası” laboratoriyasının 2014-2016-cı illər üzrə yekun hesabatı keçirildi

10.11.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Cücülərin ekologiyası və fiziologiyası” laboratoriyasının “ Lənkəran bölgəsində təsərrüfat əhəmiyyətli bəzi qızıl böcəklərin (Coleoptera, Buprestidae)  bioekoloji və fizioloji xüsusiyyətləri”, “Lənkəran təbii vilayətində karabid və uzunbığ böcəklərin  biomüxtəlifliyi, nadir və nəsli kəsilməkdə olan növlərin müasir vəziyyəti”, “Şəkər çuğunduruna ziyan vuran mənənələrin bioekologiyası və onların entomofaqları” mövzuları, həmçinin mövzu üzərində aparılan tədqiqat işlərinin yekun hesabatı dinlənildi və müzakirə olundu.

 “Cücülərin ekologiyası və fiziologiyası” laboratoriyasının müdiri, b.ü.f.d. Barat Əhmədov 3 il ərzində görülən işlər barəsində qısa məlumat verdi. Daha sonra mövzuya daxil olan elmi tədqiqat işləri üzrə icraçılar böyük elmi işçi Ellada Hüseynova, böyük elmi işçi İlhamə Kərimova və  kiçik elmi işçi Səliqə Qazi çıxış etdilər. Sonda Elmi Şuranın sədri,fiz.ü.f.d. E. Yusifovvəelmi işlər üzrə direktor müavini,b.e.d. Z.Məmmədov,Elmi Şuranın digər üzvləri elmi tədqiqat işlərinin nəticələri barədə öz fikir, təkliflərini irəli sürdülər.

Sonda Elmi şuranın qərarı ilə hesabatlar qəbul olundu və təkliflər səsləndirildi.