XƏBƏRLƏR
365 Arxiv

2026.11.03

Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

29–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərində “ZƏFƏR” II Beynəlxalq Elmi-Araşdırmalar Konfransı keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (IKSAD), Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və İqtisadi Elmi Tədqiqatlar İnstitutunun (ESRI) birgə təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif elmi istiqamətlər üzrə tədqiqat nəticələri təqdim olunub, alim və tədqiqatçılar arasında elmi fikir mübadiləsi aparılıb.

Tədbirdə AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Onurğalıların Biomüxtəlifliyi və Bioekologiyası Laboratoriyasının əməkdaşı Zivərxanım İbrahimli də iştirak edib. O, konfrans çərçivəsində “Radde dağ gürzəsinin (Montivipera raddei Boettger, 1890) yemlənmə xüsusiyyətləri (Azərbaycan)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Radde dağ gürzəsinin qidalanma xüsusiyyətləri, yem obyektləri və növün ekoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı tədqiqat materialları diqqətə çatdırılıb.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.