XƏBƏRLƏR
262 Arxiv

2026.11.02

Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları NASCO29 Respublika Elmi Konfransında çıxış ediblər

30–31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutunun doktorantları -Afaq Nurullayeva, Nigar Hüseynova, Suman Məmmədhəsənova və Qüdrət Huseynzadə iştirak ediblər.  Afaq Nurullayeva “Brain-Derived Radioprotection: CRMP-2 Attenuates Radiation-Induced Cytogenetic Injury” (“Beyin mənşəli radiomühafizə: CRMP-2 radiasiyanın törətdiyi sitogenetik zədələnməni zəiflədir”) mövzusunda, Nigar Hüseynova “Rezerpinin görmə sistemi və substantia nigranın bioelektrik aktivliyinə təsiri”, Qüdrət Hüseynzadə "Cənub bölgəsinin müxtəlif yüksəklik zonalarında yaşayan uzunömürlülərin fizioloji xüsusiyyətlərinin və adaptasiya potensialının təhlili", Suman Məmmədhəsənova isə “Gəncə-Daşkəsən iqtisadi rayonunda meloidogyne javanica növünün landşaft-ekoloji zonalar üzrə yayılma xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans gənc tədqiqatçılar arasında elmi təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olmuşdur. Tədbirin yekununda məruzəçilər sertifikatlarla təltif olunublar.