XƏBƏRLƏR
349 Arxiv

2026.10.30

Parazitologiya laboratoriyasının əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc edilib

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Simuzər Oruc qızı Mamedovanın “Aspects of recent advances in Cryptosporidium in vitro cultivation” adlı elmi məqaləsi beynəlxalq elmi bazalarda indekslənən, Q2 kvartilinə aid və 2,5 impakt faktoruna malik “Parasitology” jurnalında dərc olunub.

Məqalədə son 8 ildə Cryptosporidium cinsinə aid olan parazitlərin in vitro becərilməsi sahəsində əldə olunmuş əsas nailiyyətlər və tətbiq edilən müasir kultivasiya platformaları haqqında məlumat verilib.