XƏBƏRLƏR
3603 Arxiv

2016.11.01

AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Protozoologiya” şöbəsinin yekun hesabatı dinlənildi

01.11.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Protozoologiya” şöbəsinin “Ev və vəhşi heyvanlarda parazitlik edən kriptosporidilərin və koksidilərin (Cryptosporidiidae, Coccidia, Apicomplexa) növ tərkibinin müəyyənləşdirilməsi”, “Azərbaycanın sərbəst yaşayan ibtidailərinin biomüxtəlifliyi və onların ekoloji xüsusiyyətləri”, “Ev toyuqlarının koksidiozunun (Aricomplexa, Coccidia, Eimeriidae) əsas törədicilərinə qarşı tərkibində alkaloid və efir yağları  olan yerli dərman bitkilərinin  təsir mexanizminin  parazitoloji və  biokimyəvi əsasları” mövzuları, həmçinin mövzu üzərində aparılan tədqiqat işlərinin yekun hesabatı  dinlənildi və müzakirə olundu. “Protistologiya” laboratoriyasının müdiri, b.e.d., müxbir üzv İlham Ələkbərov, “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları” laboratoriyasının müdiri, b.e.d. Elşad Əhmədov 3 il ərzində görülən işlər barəsində qısa məlumat verdilər. Daha sonra mövzuya daxil olan elmi tədqiqat işləri üzrə icraçılar elmi işçi Türkan Qurbanova, elmi işçi ElyanəTahirova, b.ü.f.d Jalə Həsənova, b.ü.f.d. Fəridə Məmmədova çıxış etdilər. Qeyd edək ki, elmi şuranın sədri fiz.ü.f.d. E. Yusifov, elmi işlər üzrə direktor müavini b.e.d. Z. Məmmədov və Elmi Şuranın digər üzvləri elmi tədqiqat işlərinin nəticələri barədə öz fikirlərini, təkliflərini irəli sürdülər. Sonda Elmi Şuranın qərarı ilə hesabatlar qəbul olundu və təkliflər səsləndirildi.