2026.10.20
Dəyərli alim Saleh Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edirik!
Bu gün AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Su Biosistemlərinin Tədqiqi Laboratoriyasının aparıcı elmi işçisi, biologiya elmləri doktoru, dosent Saleh Əliyevin 70 illik yubileyidir.
Saleh İltizam oğlu Əliyev 20 oktyabr 1956-cı ildə Azərbaycan Respublikasının İmişli rayonunda anadan olub. 1979–1984-cü illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 1993-cü ildə "Xəzər dənizi Kiçik Qızılağac körfəzinin dib faunası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2024-cü ildə isə "Azərbaycan çaylarının makrozoobentosu (növ tərkibi, miqdarı, ekologiyası, zoocoğrafi analizi və mənşəyi)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsini alıb.
O, 1984-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda (indiki Canlı Sistemlərin Tədqiqi İnstitutunda) fəaliyyət göstərir. Alimin apardığı tədqiqatlar nəticəsində bir sıra mühüm elmi nəticələr əldə edilib. O, 220 elmi əsərin, 1 monoqrafiyanın, 25 tədris proqramının və 8 kitabın müəllifi və həmmüəllifidir.
Qeyd edək ki, görkəmli alim Saleh Əliyevin ölkəmizdə uzun illər ərzində həyata keçirdiyi səmərəli elmi-tədqiqat fəaliyyəti, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına verdiyi töhfələr və elmi potensialın inkişafına yönəlmiş çoxşaxəli fəaliyyəti Azərbaycan elminin zənginləşməsində mühüm rol oynayır.
Yubiley münasibətilə kollektivimiz adından dəyərli Saleh müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Ad gününüz mübarək!




