2026.08.26
Əməkdaşlarımız elmi nailiyyətlərinə görə mükafatlandırılıblar
Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədqiqatçıların mükafatlandırılması prosesi 2026-cı ildə də uğurla davam etdirilir. Layihənin əsas məqsədi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan elmi məqalələrin sayının artırılması, Azərbaycan elminin beynəlxalq elmi məkanında mövqeyinin daha da gücləndirilməsi və alimlərin elmi fəaliyyətə təşviq edilməsidir.
Bu məqsədlə Agentlik tərəfindən sahə üzrə istinad indeksi göstəriciləri, Q1 və Q2 kvartilli jurnallarda dərc olunan məqalələrin sayı, elmi işlərin dünya üzrə ən çox oxunan TOP 10% siyahısında yer alması, eləcə də həmmüəllif sayı kimi mühüm meyarlar əsasında müəllif balının hesablanma qaydası hazırlanıb. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq A, B və C kateqoriyalarında yer alan tədqiqatçılara aylıq mükafatların verilməsi nəzərdə tutulur.
Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları da əldə etdikləri elmi nailiyyətlərlə bu siyahıda yer alıblar. Beynəlxalq impakt faktorlu elmi jurnallarda dərc etdirdikləri məqalələrə görə institutun bir qrup əməkdaşının iyul–avqust ayları üzrə müəyyən edilmiş müxtəlif kateqoriyalar əsasında mükafatlandırılması nəzərdə tutulur.




