XƏBƏRLƏR
1808 Arxiv

2026.10.09

İnstitutumuzun alimi Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi elan olunub

Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının elmi işçisi, biologiya üzrə fələsəfə doktoru Gülnarə Hüseynova Azərbaycan Elm Fondunun keçirdiyi “Əsas qrant müsabiqəsi – 2026” nın qalibi olub.  

“Azərbaycanda fitonematodların dayanıqlı bioloji idarə olunması: aqrosistemlər üçün innovativ multidissiplinar yanaşma” adlı layihənin əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı bitkilərində zərərverici parazit nematod populyasiyalarının təbii düşmənləri əsasında bioloji idarəetmə sistemlərinin yaradılmasına multidissiplinar yanaşma işləyib hazırlamaqdır.

Tədqiqat çərçivəsində parazit nematodların növ tərkibi, bioloji xüsusiyyətləri və yayılma qanunauyğunluqları öyrəniləcək, yerli mənşəli bioloji agentlərin (göbələklər, bakteriyalar, yırtıcı nematodlar) seleksiyası və effektivliyi qiymətləndiriləcəkdir.

Layihənin aktuallığı qlobal miqyasda kimyəvi pestisidlərdən imtina etməyə meyl, ekoloji təmiz məhsul tələbatının artması və Azərbaycan kənd təsərrüfatında nematod zərərvericilərinin törətdiyi ciddi itkilərin aradan qaldırılmasından ibarətdir.