XƏBƏRLƏR
55 Arxiv

2026.10.02

Canlı Sistemlərin Tədqiqi İnstitutu və Bakı Şəhər Herontoloji Mərkəzi arasında əməkdaşlıq memorandum imzalanıb

1 oktyabr, 2026-cı ildə Bakı Şəhər Herontoloji Mərkəzində Canlı Sistemlərin Tədqiqi İnstitutu ilə görüş keçirilib. “Ahıllar günü” nə həsr olunmuş maarifləndirici elmi tədbirdə Mərkəzin direktoru Nailə Əhmədova və Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktoru v.m.i.e., direktor müavini dosent İradə Xəlilova müştərək elmi fəaliyyət barədə memorandum imzalayıb.

Eyni zamanda, b.ü.f.d. Natəvan Kərəmova “Uzunömürlülüyə təsir edən faktorlar və profilaktika üsulları” adlı məruzə ilə çıxış edərək heriatrik xəstəliklərin müalicə üsullari və s. bioherontoloji problemlər barədə məlumat verib.

Görüşdə həmçinin gələcək elmi tədqiqatlar və əldə ediləcək nəticələrin insan sağlamlığında rolu və uzunömurlülük indeksinin artırılması istiqamətində profilaktik tədbirlərin aparlması barədə müzakirələr edilib.

Sonda, İ.Xəlilova Mərkəzin direktoru Nailə Əhmədovaya Azərbaycan Respubikasının “Qırmızı Kitabı”nın III nəşrini hədiyyə edib.