2026.10.01
Alimlərimiz Orta Xəzərin Azərbaycan akvatoriyasında tədqiqat aparıb
Canlı Sistemlərin Tədqiqi İnstitutunun Su Biosistemlərinin Tədqiqi laboratoriyasının aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov və böyük elmi işçisi, dosent Ənvər Cəlilovun “Qlobal iqlim dəyişiklikləri fonunda Orta Xəzərin Azərbaycan akvatoriyasının faunasında baş verən dəyişikliklərin qiymətləndirilməsi” işi üzrə 16.09 - 23.09.2026-cı il tarixlərində Orta Xəzərin Giləzi, Sitalçay və Sumqayıt ərazilərinin sahil sularında monitorinq keçiriblər.
Ekspedisiya zamanı Giləzi – Sumqayıt akvatoriyasında müəyyən edilmiş 3 daimi stansiyadan (Sitalçay, Yaşma, Hacı Zeynalabdin) mezoplanktona və ixtiofaunaya aid nümunələr toplanılıb. Mezoplanktona aid olan 9 ədəd keyfiyyət, 9 ədəd isə kəmiyyət nümunəsi götürülüb. Aparılmış kompleks tədqiqatlar Xəzər dənizinin Orta Xəzər akvatoriyası mezoplanktonun və ixtiofaunasının biomüxtəlifliyinin və yayılmasının müasir durumu haqqında məlumatları dəqiqləşdirəcəkdir.
Laborator şəraitdə ətraflı tədqiqi məqsədilə müvafiq nümunələr toplanaraq laboratoriyaya çatdırılıb.




