XƏBƏRLƏR
146 Arxiv

2026.09.25

Canlı Sistemlərin Tədqiqi İnstitutunda Elmi Şuranın ilk iclası keçirilib

25 sentyabr 2026-cı il tarixində, Canlı Sistemlərin Tədqiqi İnstitutunun akt zalında Elmi Şuranın ilk iclası keçirilib. Tədbiri giriş sözü ilə açan direktor v.m.i.e., direktor müavini, dosent İradə Xəlilova gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. O, Elmi Şuranın tərkibi və 2026-cı ilin II yarımilliyi üzrə iş planı, eləcə də institutun təşkilatçılığı ilə keçiriləcək konfranslar haqqında ətraflı məlumat verib.

Sonra institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva 2026–2030-cu illər üçün İnstitutun elmi fəaliyyət planı və beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələrə görə pul mükafatının müəyyən edilməsi haqqında şura üzvlərini məlumatlandırıb.

Daha sonra Elmi Kadrların Hazırlığı sektorunun müdiri, biologiya üzrə fəlsəfə doktoru Yeganə Bayramova 2026/2027-ci tədris ili üzrə fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzuları haqqında söz açıb.

Ətraflı müzakirələrdən sonra İnsan Resursları və Hüquq sektorunun müdiri Svetlana Kərimova əmək intizamının və işə davamiyyətin yaxşılaşdırılması haqqında məruzə edib.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında söhbət açan Texniki iş sektorunun müdiri Əşrəf Ağayev isə bildirib ki, müəssisədəki hər bir laboratoriya və sektor əməkdaşları ümumi əmək təhlükəsizlik qaydaları ilə tanış olmalı və təhlükəsizlik təlimatına riayət etməlidir.

Tədbirin sonunda gündəlikdəki digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.