2026.09.23
Tokio Kənd Təsərrüfatı Universitetinin gənc alimi Canlı Sistemlərin Tədqiqi İnstitutunda qonaq olub
21 sentyabr 2026-cı il tarixində Tokio Kənd Təsərrüfatı Universitetinin doktorantı Oruc Orucov Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-də qonaq olub. O, institutun direktoru v.i.e., direktor müavini dosent İradə Xəlilova, institutun elmi katibi, b.ü.f.d. Sara Əliyeva, Eksperimental zoologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent İradə Nuriyeva və Müasir mikroskopiya və görüntüləmə laboratoriyasının müdiri, b.ü.f.d., dosent Elyanə Tahirova ilə görüşərək öz tədqiqatları barədə məlumat verib.
Qeyd edək ki, O.Orucov fındıqçılığın rəqəmsallaşdırılması, xəstəlik və zərərvericilərin süni intellektlə müəyyən edilməsi üzrə tədqiqatlar aparır. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.




