2026.09.21
Elmi müəssisələrə “Research Horizon Navigator” platforması təqdim olunub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə elmi müəssisələrin nümayəndələri üçün “Research Horizon Navigator” platformasının təqdimatına həsr olunmuş onlayn görüş keçirilib.
Görüş zamanı Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov platformanın funksional imkanları, müxtəlif elm sahələri üzrə aktual tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsində rolu, eləcə də dissertasiya mövzularının seçilməsi prosesində istifadəsi barədə ətraflı məlumat verib.
Bildirilib ki, platforma elmi tədqiqatların planlaşdırılması və dissertasiya mövzularının seçilməsi prosesinin daha səmərəli təşkilinə, elmi yenilik və orijinallıq meyarlarının nəzərə alınmasına, perspektivli tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə, həmçinin mövzu təkrarlanmalarının qarşısının alınmasına dəstək göstərmək məqsədi daşıyır.
Təqdimat çərçivəsində platformanın istifadə qaydaları və əsas funksiyaları praktiki şəkildə nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda müvafiq elmi müəssisələrin platformadan istifadəsini təmin etmək məqsədilə onlara giriş imkanı yaradılıb.




