XƏBƏRLƏR
393 Arxiv

2026.09.17

Doktoranturaya qəbulun nəticələrinə dair Qəbul komissiyasının iclası keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına qəbul” planına uyğun olaraq, Canlı Sistemlərin Tədqiqi İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbulun nəticələrinə dair Qəbul komissiyasının iclası keçirilib.
İclas zamanı qəbul imtahanlarında müvəffəqiyyət qazanaraq 2401.01 – “Zoologiya”, 2413.01 – “Entomologiya” və 2406.02 – “Biokimya” ixtisasları üzrə doktoranturaya qəbul olunan namizədlərin siyahısı müəyyənləşdirilib, onların dissertasiya mövzuları ilkin müzakirə edilib.
İclasda, həmçinin doktoranturaya qəbul olunan namizədlərin təsdiq edilməsi, dissertasiya mövzularının müəyyənləşdirilməsi və elmi rəhbərlərinin təyin olunması ilə bağlı məsələlərin Elmi Şuranın müzakirəsinə və təsdiqinə təqdim edilməsi qərara alınıb.