XƏBƏRLƏR
330 Arxiv

2026.09.16

Əməkdaşlarımız Mingəçevir və Yenikənd su anbarında elmi ekspedisiyada olublar

Canlı Sistemlərin Tədqiqi İnstitutunun “Su biosistemlərinin tədqiqi” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Könül Tapdıqova və elmi işçi Kazim Məmmədov 7–14 sentyabr 2026-cı il tarixlərində Şəmkir, Samux və Yevlax rayonlarının inzibati ərazisində yerləşən Mingəçevir və Yenikənd su anbarlarında elmi ekspedisiyada olublar.

Ekspedisiya çərçivəsində su hövzələrinin hidrobioloji vəziyyətinin öyrənilməsi məqsədilə Yenikənd su anbarının yuxarı, orta və aşağı hissələrində əvvəlcədən müəyyən edilmiş bioloji stansiyalardan zooplankton nümunələri götürülüb.

Bundan əlavə, zooplanktonun biosenozdə rolunun müəyyənləşdirilməsi məqsədilə Yenikənd su anbarından, eləcə də Mingəçevir su anbarının Xanabad körfəzindən müxtəlif balıq nümunələri əldə edilib. Toplanmış nümunələr müvafiq metodikaya uyğun olaraq fiksə edilib, etiketlənib və laborator şəraitində aparılacaq növbəti analizlər üçün hazırlanıb.