XƏBƏRLƏR
357 Arxiv

2026.09.14

İnstitutumuzun əməkdaşları Şərqi Zəngəzur ərazilərində ekspedisiyada olub

20-29 avqust 2026-cı il tarixlərində institutumuzun əməkdaşları - b.ü.f.d. Təvəkkül İsgəndərov, b.e.d. Tahir Kərimov, b.ü.f.d. Gülbəniz Qasımova, elmi işçi Elşad Əsgərov və b.ü.f.d. Səbinə Bünyatova Şərqi Zəngəzur ərazilərində (Laçın, Zəngilan) ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi Şərqi Zəngəzurda ayrı-ayrı landşaftların fauna müxtəlifliyinə, postkonflikt dövrdə  ekoloji vəziyyətinə, mövcud antropogen təsirlərə və qorunmasına dair çöl-tədqiqat materialları toplamaq olub. Tədqiqat zamanı  məlum terioloji, ornitoloji və herpetoloji metodlarla tədqiqatlar aparılıb, landşaftlar üzrə  fauna müxtəlifliyi (məməlilər, quşlar, reptililər və amfibilər), postkonflikt dövrdə “Böyük Qayıdış” dövlət proqramının icrası, yerli əhalinin qayıdışı, insan iştirakı və fəaliyyəti ilə bağlı meydana çıxan antropogen amillər, eləcə də bu amillərin fauna müxtəlifliyinə təsiri qiymətləndirilib və qorunma strategiyası müəyyənləşdirilib.