2026.09.10
Canlı Sistemlərin Tədqiqi İnstitutunda doktoranturaya qəbul imtahanları keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına qəbul” planına uyğun olaraq, Canlı Sistemlərin Tədqiqi İnstitutunda doktoranturaya qəbul imtahanları keçirilib.
İnstitutun doktorantura hazırlığı üzrə qəbul planında nəzərdə tutulan yerlərə sənədlərini təqdim edən, xarici dil və fəlsəfə fənlərindən qəbul imtahanlarında məqbul qiymət alan iddiaçılar 8–9 sentyabr 2026-cı il tarixlərində ixtisas fənləri üzrə qəbul imtahanında iştirak ediblər.
İmtahanlar “Zoologiya”, “Entomologiya” və “Biokimya” ixtisasları üzrə təşkil olunub. İddiaçılar imtahan biletlərində təqdim olunan sualları yazılı və şifahi formada cavablandırıblar.
Namizədlərin bilik və hazırlıq səviyyələri müvafiq ixtisaslar üzrə yaradılmış imtahan komissiyasının üzvləri tərəfindən qiymətləndirilib.




