2026.09.02
İnstitutumuzun mütəxəssisləri Qarabağ iqtisadi rayonunda ekspedisiyada olublar
25 – 31 avqust 2026-ci il tarixlərində, ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin “Müasir mikroskopiya və götüntüləmə laboratoriyası”nın elmi işçisi Rəfiqə Qazi, “Eksperimental zoologiya laboratoriyası”nın elmi işçisi Ləman Dadaşova və “Onurğasızların biomüxtəlifliyi və ekologiyası laboratoriyası”nın kiçik elmi işçisi Aynurə Abbasova Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi və Xocalı rayonlarında yerləşən arıxanalarda ekspedisiyada olublar. Ekspedisiya çərçivəsində arıxanalarda monitorinq və vizual müayinə işləri aparılıb, arı ailələrinin və arıxanaların ümumi vəziyyəti qiymətləndirilib. Müayinə zamanı bal arılarının sağlamlığına və məhsuldarlıq göstəricilərinə mənfi təsir göstərə bilən müxtəlif zərərvericilər aşkar edilib, onların identifikasiyası və laborator şəraitdə ətraflı tədqiqi məqsədilə müvafiq nümunələr toplanaraq laboratoriyaya çatdırılıb.




