XƏBƏRLƏR
1040 Arxiv

2026.08.24

Canlı Sistemlərin Tədqiqi İnstitutunun alimi elm üçün iki yeni otbiçən növü təsvir edib

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun “Onurğasızların Biomüxtəlifliyi və Ekologiyası” laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya Moskva Dövlət Universiteti muzeyində Kəlbəcər və Lerik rayonu ərazilərindən topladığı materiallar əsasında elm üçün iki yeni otbiçən (Opiliones) növü  təsvir edib.

Tədqiqatın nəticələri taksonomiya sahəsində dünyanın nüfuzlu beynəlxalq jurnallarından olan "Zootaxa" jurnalında dərc olunub (Zootaxa 5757 (6): 577–582).

Bu növlər  Phalangiidae fəsiləsinə aiddir: Opilio zuvandicus Snegovaya, 2026 və  Opilio zangezuricus Snegovaya, 2026  

https://www.mapress.com/zt/article/view/zootaxa.5757.6.6