XƏBƏRLƏR
2183 Arxiv

2026.10.13

“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika Elmi-Praktiki Konfrans keçiriləcək

2-3 dekabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika Elmi-Praktiki Konfransı keçiriləcək. 

Konfransın keçirilməsinin əsas məqsədi biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunması sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin müzakirəsi, iqlim dəyişiklikləri və antropogen amillərin ekosistemlərə, heyvanlara və insan sağlamlığına təsirinin qiymətləndirilməsi, eləcə də biomüxtəlifliyin öyrənilməsində molekulyar, bioinformatik və riyazi modelləşdirmə yanaşmalarının tətbiqini təşviq etməklə elmi əməkdaşlığın genişləndirilməsidir.

Göndəriləcək məqalələrin tərtibatına dair tələblərlə ətraflı tanış olmaq üçün LİNKƏ daxil olun.