2026.07.28
Müəlliflərin nəzərinə!
"Azerbaijan Journal of Physiology" jurnalı məqalə qəbulunu elan edir. Jurnalın redaksiya heyəti fiziologiya və əlaqəli elmi sahələr üzrə çalışan tədqiqatçıları orijinal, elmi yeniliyi və yüksək keyfiyyəti ilə seçilən məqalələrini təqdim etməyə dəvət edir.
Təqdim olunan məqalələr rəy prosesindən uğurla keçdikdən sonra jurnalın qarşıdakı buraxılışında dərc olunacaq. Məqalələrinizi dərc olunmaq üçün azerb.j.physiol@gmail.com elektron poçt ünvanına göndərə bilərsiniz.
Məqalələrin hazırlanması və təqdim edilməsi ilə bağlı "Azerbaijan Journal of Physiology" jurnalında çapa təqdim edilən məqalələrə qoyulan Tələblər və Tərtibat Qaydaları ilə https://ajp.az/index.php/ajp/about/submissions səhifəsində tanış ola bilərsiniz.




