XƏBƏRLƏR
213 Arxiv

2026.07.27

Canlı Sistemlərin Tədqiqi İnstitutunda 2026–2030-cu illəri əhatə edən elmi fəaliyyət planı müzakirə olunub

27 iyul 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda institutun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova və laboratoriya müdirləri arasında işgüzar görüş keçirilib.

Görüşün əsas məqsədi institutun 2026–2030-cu illəri əhatə edən elmi fəaliyyət planının müzakirəsi, qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyənləşdirilməsi və elmi fəaliyyətin daha səmərəli təşkili istiqamətində fikir mübadiləsinin aparılması olub.

Müzakirələr zamanı institutun elmi-tədqiqat fəaliyyətinin keyfiyyət və səmərəliliyinin artırılması, müasir dövrün çağırışlarına uyğun aktual elmi istiqamətlər üzrə tədqiqatların genişləndirilməsi, əldə olunan elmi nəticələrin praktik tətbiq imkanlarının artırılması, beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və onların elmi potensialının gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə edilib.

Görüşdə həmçinin 2026-cı ilin noyabr ayında institut tərəfindən təşkil olunacaq “II Elmi-Praktiki Konfrans: Biomüxtəlifliyin aktual problemləri, müasir baxışlar və tədqiqatlar” mövzusunda respublika elmi-praktik konfransına hazırlıq işləri, təşkilati məsələlər və görüləcək tədbirlər də nəzərdən keçirilib.

Sonda İradə Xəlilova müzakirə olunan məsələlərin icrasının təmin edilməsi, müəyyən edilmiş prioritet istiqamətlər üzrə fəaliyyətin koordinasiyalı şəkildə həyata keçirilməsi və konfransa hazırlıq prosesinin vaxtında başa çatdırılması ilə bağlı laboratoriya müdirlərinə müvafiq tapşırıqlar verib.