XƏBƏRLƏR
1481 Arxiv

2026.07.15

Ağsu Regional Təcrübə Məntəqəsində ekoloji maarifləndirmə tədbiri keçirilib

"2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş “Bioloji müxtəlifliyin qorunması məqsədilə əhalinin ekoloji maarifləndirilməsi, kadrların bilik və bacarıqlarının artırılması” tədbirinin icrası çərçivəsində institutun Ağsu Regional Təcrübə Məntəqəsinin əməkdaşlarına b.ü.f.d., dosent Təvəkkül İsgəndərov tərəfindən maarifləndirmə tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi bioloji müxtəlifliyin qorunmasının əhəmiyyəti barədə əməkdaşların məlumatlılığının artırılması, ətraf mühitin mühafizəsi sahəsində ekoloji biliklərin genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadənin təşviq edilməsi olub. Tədbir zamanı bioloji müxtəlifliyin qorunması, ekosistemlərin davamlılığı, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, həmçinin hər bir vətəndaşın ətraf mühitin qorunmasında rolu barədə əməkdaşlara məlumatlar verilib və bukletlər paylanılıb. Maarifləndirmə tədbirinin ekoloji məsuliyyətin artırılmasına, bioloji müxtəlifliyin qorunmasına ictimai dəstəyin gücləndirilməsinə və bu sahədə bilik və bacarıqların inkişafına töhfə verəcəyi qeyd olunub.