XƏBƏRLƏR
1552 Arxiv

2026.07.14

Əməkdaşımız monitorinqdə işirak edib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulmuş “Fauna növlərinin reintroduksiyası layihələrinin həyata keçirilməsi” bəndi üzrə 23-28 iyun 2026-cı il tarixlərində İDEA-nın təşkilatçılığı ilə Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi Elşad Əsgərov Lissabon zooparkının əməkdaşı Rui Bernardino ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində Kəlbəcər, Laçın, Şuşa, Xocalı və Ağdərə rayonlarında çöl tədqiqatları aparmışdılar. Çöl işləri Qafqaz bəbirləri (Panthera pardus) və onun əsas qida obyekti olan Bezoar keçisinin (Capra aegagrus) yaşayış yerlərində ərazidə məskunlaşan əhalinin bu növlərə göstərdiyi antropogen təsirlər də qiymətləndirilmişdir. Son illərdə əməkdaşlarımız apardığı qiymətləndirmələrə görə Bezoar keçiləri əlçatmaz qayalıqlarda məskən saldığı üçün hələ ki, azsaylı yerli əhalinin ciddi təziqinə məruz qalmamışdır. Kəlbəcər rayonunda quraşdırılmış fototələlər digər fauna növləri ilə yanaşı mütəmadi olaraq Bezoar keçilərinin foto və videoları qeydə alınır. Əməkdaşlarımız bu qənaətə gəlmişdirlər ki, bu növün Şuşa rayonu qayalıqlarında reintroduksiya yolu ilə bərpası məqsədəmüvafiqdir. Bu tədbir həm növün arealının bərpasına, həm də burada turizmin və bu yolla yerli əhalinin sosial-iqtisadi inkişafına öz töhfəsini verər.