2026.07.08
Azərbaycanın daxili su hövzələrinin mövcud vəziyyəti və gələcək tədqiqat imkanları müzakirə olunub
ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda Azərbaycanın daxili su hövzələrinin mövcud ekoloji vəziyyəti, fauna müxtəlifliyinin qorunması və gələcək elmi-tədqiqat perspektivlərinə dair müzakirələr aparılıb.
Görüşdə institutun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova, biologiya elmləri doktorları Asif Manafov, Saleh Əliyev, biologiya üzrə fəlsəfə doktorları Sara Əliyeva, Könül Tapdıqova və doktorant Bilal Mehdizadə iştirak ediblər.
Tədbir çərçivəsində su hövzələrindəki fauna müxtəlifliyinin hazırkı vəziyyəti, ekosistemlərə təsir göstərən mənfi amillər, onların bərpası və mühafizəsi istiqamətində atılacaq addımlar, eləcə də birgə tədqiqat imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar su ekosistemlərinin davamlılığının təmin edilməsi, biomüxtəlifliyin monitorinqinin gücləndirilməsi və daxili su hövzələrinin elmi əsaslarla öyrənilməsi üçün yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.




