XƏBƏRLƏR
1604 Arxiv

2016.10.31

AMEA Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov BANM-də II Elm Festivalı çərçivəsində keçirilən tədbirdə elmi məruzə etmişdir

Bakı Ali NeftMəktəbində II Azərbaycan Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii tədbir keçirilib. Rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, elmin vacibliyini vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin elmin inkişafına verdiyi dəstəkdən danışaraq prezident İlham Əliyevin də hər zaman elmin və elm adamlarının yanında olduğunu xatırladıb və qeyd edibki, bu festival elmin inkişafına böyük təkan verəcək.

 

Tədbir çərçivəsində BANM-in professor Fuad Vəliyev, AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov, FHN-nin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Texniki Təhlükəsizlik Elm-Tədqiqat İnstitutun direktoru Rüşdi Səfərov, BANM-in fəlsəfə doktoru Sənan Eminov və “KimyaMühəndisliyi” ixtisasının V kurs tələbəsi, “İlin gənc tədqiqatçısı” müsabiqəsinin qalibi Nicat Qasımov çıxış ediblər. Tədbirin ədəbi-bədii hissəsində BANM-in tələbələri maraqlı ifaları və səhnəcikləri  ilə iştirakçıların zövqlərini oxşayıblar. Həmçinin əməkdaşların və tələbələrin əl işlərindən ibarət kiçik bir sərgi təşkil edilib.

 

Qeyd edək ki, oktyabrın 31-i başlayan elmin populyarlaşdırılması və müasir gənclərin elmi fəaliyyətə fəal cəlb olunması məqsəd ilə reallaşdırılan “II Azərbaycan Elm Festivalı” 5 noyabr 2016-cı il tarixinə  kimi Respublikanın Naxçıvan, Şəki, Sumqayıt və Gəncə kimi bölgələrində həyata keçiriləcəkdir.