2026.06.29
Əməkdaşımız beynəlxalq konfransda iştirak edib
5–6 iyun 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetində Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının yaradılmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Yerli və xarici alim və mütəxəssislərin iştirak etdiyi konfrans çərçivəsində tibbi mikrobiologiya və immunologiya sahəsində son elmi yeniliklər, müasir yanaşmalar və tədqiqatların nəticələri geniş müzakirə olunub.
Tədbirdə ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı Gültəkin Pənahova "Müxtəlif yaşlı məktəblilərdə somatometrik xüsusiyyətlər ilə ürək-damar sistemi göstəricilərinin qarşılıqlı əlaqəsi" mövzusunda tezislə iştirak edib. Əməkdaşımız konfransda fəal iştirakına görə sertifikatla təltif olunub.




