2026.07.03
Abşeron çimərliklərində yayılan çəyirtkələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Qidalanmaq üçün müxtəlif yerlərə uçub gedirlər. Qorxulu bir şey yoxdur".
Bunu BAKU.WS-ə Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru dosent Barat Əhmədov bildirib.
Onun sözlərinə görə, Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir:
"Onlar əvvəl Abşeronda yayılmışdı. Onda da Bitki Mühafizəsi İdarəsi tərəfindən dərmanlama aparıldı və onlar məhv oldular. Görünür, haradasa onların populyasiyaları qalıb. Çəyirtkələr ildə iki-üç dəfə nəsil artırırlar. Abşeronda bəzi bitki örtüyü zəngin olan yerlərdə məskunlaşır və qidalanırlar. Görünür, onların yumurta qoyduqları ərazilər ya əkin sahəsinə çevrilib, ya da oradakı bitki örtüyü ləğv edilib. Ona görə də qidalanmaq üçün müxtəlif yerlərə uçub gedirlər. Orada qorxulu bir şey yoxdur".




