XƏBƏRLƏR
69 Arxiv

2026.07.06

İnstitutumuzun əməkdaşı biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının elmi işçisi Gülnarə Tahir qızı Hüseynovaya 2429.01 – “Parazitologiya” ixtisası üzrə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomu təqdim edilib.

İnstitutun rəhbərliyi və kollektivi adından Gülnarə Hüseynovanı bu mühüm elmi nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, gələcək elmi fəaliyyətində və parazitologiya sahəsindəki araşdırmalarında yeni-yeni uğurlar arzulayırıq!