XƏBƏRLƏR
215 Arxiv

2026.05.19

Əməkdaşlarımız beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Azərbaycan Tibb Universitetində (ATU) müasir tibbin və texnologiyaların aktual problemlərinə həsr olunmuş irimiqyaslı beynəlxalq tədbir baş tutub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə "Sağlamlıq və Texnologiyanın Zirvəsi" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Qeyd edək ki, 6–8 May 2026-cı il tarixlərində baş tutan konfrans ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli"nə həsr edilib.

Konfransın əsas məqsədi elmin müxtəlif sahələrində, xüsusən də səhiyyə və texnologiya istiqamətlərində fəaliyyət göstərən yerli və xarici tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün geniş imkanlar yaratmaq olub. Üç gün davam edən tədbir alimlərin, gənc tədqiqatçıların və sahə mütəxəssislərinin akademik müzakirələrdə aktiv iştirakını təmin edərək, onların elmi bacarıqlarını beynəlxalq elmi ictimaiyyətə inteqrasiya etmək üçün vahid və səmərəli platformaya çevirib.

Tədbirdə ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları Gültəkin Pənahova və Ləman Süleymanlı iştirak edərək sertifikatla təltif olunublar.