2026.05.18
Canlı Sistemlərin Tədqiqi İnstitutunda “Açıq Qapı" günü keçirilib
Azərbaycanda qeyd olunan Beynəlxalq Muzeylər Günü münasibətilə 18 may 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə “açıq qapı” günü təşkil olunub.
Tədbirin əsas məqsədi ictimaiyyət arasında təbiət elmlərinə marağın artırılması, biomüxtəlifliyin qorunmasının əhəmiyyətinin təbliği və zooloji irsin geniş auditoriyaya tanıdılması olub.
“Açıq qapı” günü çərçivəsində ziyarətçilər muzeyin ekspozisiyasında nümayiş etdirilən kitab sərgisi, həmçinin Azərbaycan və dünya faunasına aid müxtəlif heyvan növləri ilə yaxından tanış olublar.
Muzey əməkdaşları tərəfindən verilən ətraflı məlumatlar vasitəsilə məktəblilər, tələbələr və digər ziyarətçilər müxtəlif canlı növlərinin yayılması, həyat tərzi, ekoloji xüsusiyyətləri, təbii mühitdə rolu və ekosistemlərin qorunmasındakı əhəmiyyəti barədə geniş məlumat əldə ediblər. Təqdim olunan eksponatlar iştirakçılarda böyük maraq doğurub.




