2026.05.18
Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı elmi seminarda çıxış edib
Azərbaycanın paytaxtı Bakı şəhəri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 tədbirinə ev sahibliyi edir. Həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində bir sıra elm və tədris ocaqlarında elmi seminarlar təşkil edilir. 12 may 2026-ci il tarixində Qərbi Kaspi Universitetində “Urbanizasiya və əsas qidalanma xüsusiyyətlərinin insan sağlamlığına təsiri” adlı elmi seminar keçirilib. Elmi seminarda Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərəmova “Urbanizasiya şəraitində qidalanma xüsusiyyətlərinin yaratdığı psixofizioloji dəyişikliklər” haqqında məruzə ilə çıxış edib. Məruzədə urbanizasiya və insan sağlamlığı, şəhər mühitində qidalanma xüsusiyyətləri, əsas qidalanma rejiminin dəyişməsi zamanı yaranan psixofizioloji dəyişikliklər və patologiyalar haqqında məlumat verilib, qidalanma normaları, xüsusilə tələbələrin düzgün və təbii qidalanması barədə tövsiyələr diqqətə çatdırılıb.




