2026.03.17
Bakı Dövlət Universitetinin magistrantları AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda elmi-tədqiqat təcrübəsini başa çatdırıb
17 mart 2026-cı il tarixində AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda Bakı Dövlət Universitetinin II kurs magistrantların hesabat xarakterli iclası keçirilib. Biologiya fakültəsinin Onurğasızlar zoologiyası, Onurğalılar zoologiyası, İxtiologiya, Entomologiya və İnsan və heyvan fiziologiyası ixtisaslaşmaları üzrə təhsil alan II kurs magistrantlarının 18.02-16.03.2026-cı il tarixlərində institutun müvafiq strukturlarında məqbul formatda elmi-tədqiqat təcrübəsi keçərək nəzəri və praktiki biliklərə yiyələnib. Magistrantlar üçün təşkil olunmuş elmi-tədqiqat təcrübəsinin əsas məqsədi onlara laboratoriya şəraitində müşahidə və tədqiqat aparmaq, kolleksiya materialları ilə işləmək, eyni zamanda tələbələri müasir texnologiyalarla və digər yeniliklərlə tanış etmək, elmi araşdırma prosesinin mərhələlərini öyrətməkdən ibarətdir.




