XƏBƏRLƏR
304 Arxiv

2026.03.13

AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin kollektivi ilə görüş keçirilib

13 mart 2026-cı il tarixində AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin kollektivi ilə görüş keçirilib. İnstitutunun elmi işçisi Rəfiqə Qazi 3-5 mart 2026-cı il tarixində keçirilmiş "XV Sabahın Alimləri Müsabiqəsi"ndə elmi rəhbəri olduğu "Bal arısında insektisidlə zəhərlənmə zamanı qaraçörəkotunun (Nigella sativa) antidot təsirinin yoxlanması" adlı layihəsində Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksin şagirdləri II yer - Gümüş medala layiq görülmüşdür. 

Canlı Sitemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini icra edən, b.ü.f.d.,  dosent İradə Xəlilova, a.e.d., dos. Ələddin Eyvazov, b.ü.f.d., dos. Sara Əliyeva və elmi işçisi Rəfiqə Qazi “Sabahın alimləri” XV Respublika Müsabiqəsinin hazırlıq mərhələsində məktəbin şagirdlərinə göstərdikləri dəstəyə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar. Eyni zamanda dosent İradə Xəlilova tərəfindən Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksin icraçı direktoru Aqşin Bağırov, biologiya müəllimi Vəfa Məmmədova, IX sinif şagirdi Həmidə Paşazadə və X sinif şagirdi Sədaqət Dadaşzadə institutun Fəxri Fərmanı ilə təltif olunublar. Görüş qarşılıqlı fikir mübadiləsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.