XƏBƏRLƏR
3376 Arxiv

2016.10.21

AMEA Zoologiya İnstitutunda yekun hesabatların keçirilməvaxtı müzakirə olundu

Zoologiya İnstitutunda Elmi–tədqiqat işləri üzrə yekun hesabatların keçirilmə vaxtı haqqında iclas keçirildi. İclasda şöbələr və laboratoriyalar – “Protozoologiya” şöbəsi (Protistologiya laboratoriyası, Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyası), “Parazitologiya” şöbəsi (Su heyvanlarının parazitləri laboratoriyası, Helmintologiya laboratoriyası), “Entomologiya” şöbəsi (Cücülərin ekologiyası və fiziologiyası laboratoriyası, Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları laboratoriyası, Cücülərin fauna və sistematikası laboratoriyası, Araxnologiya laboratoriyası), “Quru onurğalıları” şöbəsi (Teriologiya laboratoriyası, Herpetologiya laboratoriyası, Ornitologiya laboratoriyası, Zooloji muzey), “Su heyvanları” şöbəsi (İxtiologiya laboratoriyası, Hidrobiologiya laboratoriyası, Mingəçevir elmi-tədqiqat laboratoriyası), “İnformasiya və innovasiya” şöbəsi və “Təhsil” şöbəsinin İnstitut üzrə 2016-cı ildə əldə olunmuş mühüm nəticələrinin yekun hesabat vaxtı dəqiqləşdirildi.

Qeyd edək ki, 2016-cı il üzrə mühüm nəticələrin yekun hesabatının ilk daxili iclasını “Su heyvanları” şöbəsi 21 oktyabr tarixində keçirmişdir.