XƏBƏRLƏR
138 Arxiv

2026.02.27

Zoologiya İnstitutunda 1 mart “Ümumdünya Mülki müdafiə günü” mövzusunda tədbir keçirilib

27 fevral 2026-cı il tarixində ARETN Zoologiya İnstitutunda 1 mart “Ümumdünya Mülki müdafiə günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev “Ümumdünya Mülki müdafiə günü” mövzusunda məruzə ilə çıxış edib. Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallar zamanı qorunmasını təmin edən mühüm dövlət sistemidir. Onun əsas məqsədi təbii fəlakətlər, texnogen qəzalar, yanğınlar, zəlzələlər, sel və digər təhlükələr zamanı insanların həyatını və sağlamlığını qorumaq, maddi zərərləri minimuma endirməkdir. Mülki müdafiə çərçivəsində qabaqlayıcı tədbirlər görülür, əhali maarifləndirilir, təxliyə planları hazırlanır, xilasedici qüvvələr və texnika daim hazır vəziyyətdə saxlanılır. Eyni zamanda fövqəladə hallardan sonra bərpa və yardım işlərinin təşkili də mülki müdafiənin əsas vəzifəsi olduğunu deyən məruzəçi, əməkdaşlara “Ümumdünya Mülki Müdafiə Günü” haqqında ətraflı məlumat verib.

Tədbir video-çarxın nümayişi ilə başa çatıb.