2026.02.20
Bakı Dövlət Universitetinin magistrantları Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Onurğasızlar zoologiyası, Onurğalılar zoologiyası, İxtiologiya, Entomologiya və İnsan və heyvan fiziologiyası ixtisaslaşmaları üzrə təhsil alan II kurs magistrantlarının 18.02.2026 -16.03.2026-cı il tarixlərində İnstitutun müvafiq strukturlarında məqbul formatda elmi-tədqiqat təcrübəsi keçərək nəzəri və praktiki biliklərə yiyələnirlər. Magistrantlar üçün təşkil olunan elmi-tədqiqat təcrübəsinin məqsədi onlara laboratoriya şəraitində müşahidə və tədqiqat aparmaq, kolleksiya materialları ilə işləmək, həmçinin tələbələri müasir texnologiyalarla və digər yeniliklərlə tanış etmək, elmi araşdırma mərhələlərini öyrətməkdən ibarətdir.




