XƏBƏRLƏR
107 Arxiv

2026.02.02

Zoologiya İnstitutunda 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunan tədbir keçirilib

2 fevral 2026-cı il tarixində ARETN Zoologiya İnstitutunda Gənclər Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözləri ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Nadirli və şuranın katibi Xatirə Qəhramanlı gənc əməkdaşları təbrik edib, onlara elmi işlərində müvəffəqiyyətlər, gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıblar.

Qeyd edək ki, Azərbaycanda hər il 2 fevral tarixi “Gənclər Günü” kimi qeyd edilir. Bu gün ilk dəfə 1997-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub, hal-hazırda Prezident  İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclər Gününün əsas məqsədi gənclərin cəmiyyətdəki rolunu ön plana çıxarmaq, onların potensialını, ideyalarını və problemlərini diqqət mərkəzinə almaqdan ibarətdir.