2026.01.21
“Azərbaycan faunasının taksonomik spektri (onurğasızlar)” adlı kitab çap olunub
ARETN Zoologiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanan “Azərbaycan faunasının taksonomik spektri (onurğasızlar)” adlı kitab çap olunub.
Kitabda uzun illər ərzində aparılmış tədqiqat işlərinin nəticələri əsasında Azərbaycanın su və quru ekosistemlərində yayılmış onurğasız heyvanlar aləminin müasir nomenklaturaya uyğun hazırlanmış taksonomik strukturu haqqında məlumatlar yer alıb. Azərbaycanın heyvanlar aləmini tədqiq edən mütəxəssislər üçün nəzərdə tutulan bu kitab eləcə də doktorantlar, hidrobioloqlar, entomoloqlar, universitet müəllimləri, ekoloqlar və geniş oxucu kütləsi üçün faydalıdır.
Qeyd edək ki, kitab möhtəşəm qələbənin 5 illik yubileyinə, “Zəfər Günü” – nə bir töhfə kimi, Vətən uğrunda canını fəda edən şəhidlərimizə, döyüş meydanında igidlik göstərən qəhrəman qazilərimizə və Azərbaycanın müzəffər ordusuna ithaf olunub.




