2026.01.19
Zoologiya İnstitutunun əməkdaşları 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
19 yanvar 2026-cı il tarixində Zoologiya İnstitutunun əməkdaşları 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı törədilən hərbi əməliyyat zamanı çoxsaylı mülki şəxs həlak olub və yaralanıb. Bu hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi kimi tarixə düşüb. 20 Yanvar faciəsi Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günü kimi qiymətləndirilir. Həmin gecə həyatını itirən şəhidlərin xatirəsi dövlətimiz və xalqımız tərəfindən hər zaman ehtiramla anılır, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi təqdim olunur.
Ziyarət zamanı 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri qoyulub, Azərbaycan xalqının azadlıq və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.




