XƏBƏRLƏR
234 Arxiv

2025.12.08

Zoologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

8 dekabr 2025-ci il tarixində Zoologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş iclas keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru b.e.d., dos. Elşad Əhmədov iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib. Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar çıxış edən E.Əhmədov bildirib ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Daha sonra YAP ərazi təşkilatın sədri, b.ü.f.d., Hafiz Muxtarov öz çıxışı zamanı bildirib ki, Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü  bu missiyanı müəyyən mənada özündə ehtiva edir. Daim qeyd edilir ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi.

Tədbirdə çıxış edən Quru onurğalıları laboratoriyasının müdiri b.ü.f.d Təvəkkül İsgəndərov Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb.

Tədbirin sonunda Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.