XƏBƏRLƏR
139 Arxiv

2025.12.01

Zoologiya İnstitutu əməkdaşı konfransda iştirak edib

28–29 noyabr 2025-ci il tarixlərində Xəzər Universitetində keçirilən 4-cü Beynəlxalq “One Health: Problems & Solutions” (“Vahid Sağlamlıq: Problemlər və Həllər”) konfransı çərçivəsində dünyanın müxtəlif ölkələrindən elm adamları, tədqiqatçılar və səhiyyə mütəxəssisləri bir araya gəliblər.

ARETN Zoologiya İnstitutu Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Reyhan İbrahimova “Investigation of parasitic infections in humans and ruminant domestic animals in Azerbaijan and the development of preventive and control strategies” adlı məqalə (poster) ilə konfransda çıxış edib.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişikliyi, qida təhlükəsizliyi, yoluxucu xəstəliklər və ekoloji problemlərin insan, heyvan və ətraf mühit sağlamlığına təsirini müzakirə etməkdən ibarətdir.