XƏBƏRLƏR
252 Arxiv

2025.11.07

Zoologiya İnstitutunun Elmi şurasında cari ilin son hesabatları dinlənilib

7 noyabr 2025-ci il tarixində ETN Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktoru aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda institutun illik hesabatları dinlənilib. Belə ki, Hidrobiologiya laboratoriyasının müdiri b.ü.f.d. Süleyman Süleymanov, Quru onurğalıları laboratoriyasının müdiri b.ü.f.d. Təvəkkül İskəndərov, Tətbiqi zoologiya mərkəzinin müdiri b.ü.f.d. Barat Əhmədov cari ildə gördükləri işlər barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.