XƏBƏRLƏR
256 Arxiv

2025.11.06

Zoologiya İnstitutunun Elmi şurasının növbəti illik hesabatları dinlənilib

6 noyabr 2025-ci il tarixində ETN Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktoru aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda institutun növbəti  illik hesabatları dinlənilib. Belə ki, Protozoologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Simuzər Mamedova, Parazitologiya laboratoriyasının müdiri b.e.d., dos. Asif Manafov, Paleozoologiya laboratoriyasının müdiri b.ü.f.d., dos. Könül Tapdıqova, Zooloji muzeyin müdiri b.ü.f.d., dos. Səbinə Bünyatova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri b.ü.f.d., dos. Elyanə Tahirova cari ildə gördükləri işlər barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.