XƏBƏRLƏR
227 Arxiv

2025.11.06

Zoologiya İnstitutunun Elmi şurasında illik hesabatlar dinlənilib

5 noyabr 2025-ci il tarixində ETN Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktoru aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Sonra institutun şöbə və laboratoriyalarının illik hesabatları dinlənilib. Belə ki, Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyasının müdiri, b.e.d., dos. Elşad Əhmədov, Quru onurğasızlar laboratoriyasının müdiri b.ü.f.d., dos. Gülər Hüseynzadə, Təhsil şöbəsinin müdiri b.ü.f.d. Şəfa Xasayeva və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Nadirli cari ildə gördükləri işlər barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Daha sonra b.ü.f.d. Şəfa Xasayevaya 2401.01- “Zoologiya” ixtisasında elmi fəaliyyətə görə dosent elmi adı verilməsi haqqında elmi katib b.ü.f.d., dosent Sara Əliyeva məruzə ilə çıxış edib.

Sonda müzakirələr aparılıb, təkliflər dinlənilib və müvafiq qərarlar qəbul edilib.