XƏBƏRLƏR
154 Arxiv

2025.10.30

Dissertasiya Şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

30 oktyabr 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirilib. Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin doktorantı Ləman Bəhram qızı Dadaşovanın “Azərbaycanın Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsinin su tutarlarında Hirudo orientalis növünün yayılması və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda dissertasiya işinin Dissertasiya Şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib.

Qeyd edək ki, Dissertasiya işinin elmi rəhbərləri b.ü.f.d., dosent Adil Əliyev və b.ü.f.d., dosent Ələmdar Məmmədovdur.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Ləman Bəhram qızı Dadaşovanın 2401.01- Zoologiya ixtisasında “Azərbaycanın Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsinin su tutarlarında Hirudo orientalis növünün yayılması və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işi biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.