XƏBƏRLƏR
3357 Arxiv

2016.10.20

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Zoologiya İnstitutunda 18 oktyabr 2016-cı il tarixli Elmi şura keçirilib. Şuranı İnstitutun direktoru Elman Yusifov açıq elan etdi.Daha sonra E.Yusifov İnstitut kollektivi adından Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Saleh İltizam oğlu Əliyevin 60 illik yubuleyi münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı.

Daha sonra iclasda, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətində “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması qaydaları haqqında” qəbul edilmiş qərarın müzakirəsi keçirildi. Həmçinin yekun hesabatların şöbə və elmi şuralarda keçirilmə vaxtları haqqında məsələlərə toxunuldu.

Sonda, şura üzvləri qeyd edilən məsələlər ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndirdilər.