2025.10.23
Zoologiya İnstitutunda “Hərbiləşdirilməmiş mülkü müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi”nin növbəti iclası keçirilib
23 oktyabr 2025-ci il tarixində ETN Zoologiya İnstitutunun akt zalında, “Hərbiləşdirilməmiş mülkü müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi”nin növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev bildirib ki, məşqin məqsədi güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və hazır vəziyyətə gətirmək kimi tədbirlər nəzərdə tutulmuşdur. Əhalinin xəbərdarlığı və rabitə vasitələri, fövqaladə hadisələr zamanı xilasetmə işləri, yanğınsöndürmə, ilk tibbi yardımın göstərilməsi barədə lazımi təbliğat, izahat işləri və digər vacib məsələlər haqqında məruzə ilə çıxış edib.




